Çərşənbə, 24.04.2024, 16:12

ADIU.TK

Мини-чат
200
Наш опрос
Harada oxuyursunuz və ya oxumaq istərdiniz?
Bütün Cavablar: 6247
Статистика

Onlaynda Olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Rektorluq

Главная » Файлы

Всего материалов в каталоге: 1
Показано материалов: 1-1

Şəmsəddin Hacıyev
Hacıyev Şəmsəddin Hümmət oğlu
Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifəsində çalışmışdır. 1981-ci ildə müsabiqədər keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993-1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996-2000-cı illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik etmişdir.

1980-cı ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-2001-ci illərdə T.Şevçenko adına Kiev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.14. - "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.

1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər broşura və kitabça, iki dərslik və dərs vəsaiti, 50-yə qədər elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da 30-dan çoxu yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun bilavasitə elmi rəhbərliyi ilə 7 iqtisad elmləri namizədi hazırlanmış, hazırda 10-dan çox aspirant və dissetantın namizədlik və 3 doktorluq dissertasiya işinin elmi rəhbəridir.

Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri olmuşdur. Universitetin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse - prezidentidir.

3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

6 noyabr 2005-ci il tarixində keçirilmiş parlament seçkilərində YAP-ın vahid namizədi kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, həmin ilin dekabr ayından Milli Məclisin Elm və Təhsil məsələləri Daimi Komissiyasının sədri kimi fəaliyyət göstərir. 


Мои файлы | Просмотров: 3136 | Загрузок: 0 | Добавил: Admin | Дата: 18.10.2008 | Комментарии (17)