Cümə, 13.12.2024, 17:45

ADIU.TK

Мини-чат
200
Наш опрос
Harada oxuyursunuz və ya oxumaq istərdiniz?
Bütün Cavablar: 6247
Статистика

Onlaynda Olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Календарь
«  Dekabr 2024  »
B.eÇ.aÇC.aCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



    

        
 AZƏRBAYCAN DÖVLƏT  İQTİSAD UNİVERSİTETİ

1930-cü ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. ADİU-da  mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 69 professor, 374 dosent işləyir. İqtisad Universiteti mövcudluğunun bütün dövrlərində 100 minə yaxın müxtəlif profilli iqtisadçı hazırlamışdır.
 
Hazırda ADİU-da  12 fakültə fəaliyyət göstərir, 55 ixtisas üzrə 14 mindən çox tələbə və magistrantlar təhsil alır.    

                                                                       

Avropa təhsil sisteminə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetində bütün ixtisaslar üzrə tədris planları Avropa standartlarına uyğunlaşdırılmış, tədris standartları və proqramları unifikasiya edilmiş və universitetinin tam kredit sisteminə keçidi prosesi başa çatmışdır.  
 

Azərbaycan Dövlət İqtisad Universitetində ixtisasların mənimsənilməsi prosesində iqtisadi təhsilin yeni innovasiya modeli müvəffəqiyyətlə reallaşdırılır ki, bu da fundamental akademik hazırlıqla ilə yanaşı, tələbələrin müasir menecerlərə lazım olan tətbiqi, praktiki bilik və bacarıqlara yiyələnməsinə imkan verir.  İnformasiya texnologiyalarının və tədris proqram təminatının geniş tətbiqi əsasında ixtisaslaşdırılmış auditoriyalarda real bazar, makroiqtisadi və biznes prosesləri virtual olaraq canlandırılır. Universitetdə tədris virtual birja (fond, valyuta), tədris mərkəzi bankı, virtual bank, tədris biznes-inkubator, makroiqtisadi təhlil, vergi və vergi siyasəti, elektron kommersiya, elektron mühasibat və audit laboratoriyaları, “Microsoft business solutions” treninq mərkəzi, virtual gömrük postu fəaliyyət göstərir. Bu təhsil modelləri müvafiq tərəfdaşlar (nazirliklər, banklar və şirkətlər) birgə müstəqil layihə kimi işlənib hazırlanmışdır. Nəticədə tədris prosesinə bazar təcrübəsinin, biznes texnologiyalarının və iqtisadi siyasətlərin ən yeni nailiyyətləri tətbiq edilir. Təhsil prosesi müasir soft-məhsullarının, multimediya tədris vasitələrinin, imitasiya modellərinin və işgüzar oyunların tətbiq edilməsi, keyslərin hazırlanması əsasında həyata keçirilir. ADİU-da mütəmadi olaraq tələbə və magistrlar üçün nəzərdə tutulmuş məzun yarmarkaları keçirilir.
 

Azərbaycan Dövlət İqtisad Universitetində ixtisaslara yiyələnmə prosesi aşağıdakı fakültələr nəzdində təmin edilir:
 

Beynəlxalq iqtisadi münasibətlər

Maliyyə

Kredir-iqtisad

«Beynəlxalq iqtisadi münasibətlər» və «Bank işi» ixtisaslar üzrə xüsüsi

istedadlar qrupları

Uçot-iqtisad

Biznes inzibatçılığı

İnformatika və idarəetmə

İqtisadiyyatın tənzimlənməsi

Kommersiya

İstehsal və xidmət sahələrinin iqtisadiyyatı

Əmtəəşünaslıq

Texnologiya və dizayn

Türk dünyası işlətmə

 

Təhsilin ilkin - bakalavr pilləsində əldə edilmiş yüksək səviyyəli biliklər Universitetdə fəaliyyət ğöstərən Mağistr hazırlığı mərkəzində təhsilini davam etdirmək imkanı yaradır. Baza təhsili əsasında iqtisadi biliklər üzrə ikinci ixtisas əldə etmək istəyənlər təhsillərinin ADİU-nun Əlavə və distant təhsili Mərkəzində və MBA (Master Business Administration) proqramı üzrə davam etdirə bilirlər.
 

Universitetdə iqtisad elminin müxtəlif ixtisasları üzrə zəngin ədəbiyyat bazasına malik olan fundamental kitabxana, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) ilə birgə təşkil edilmiş  müasir informasiya mərkəzi, elektron resursları və İnternet-kitabxanalar, eləcə də geniş oxu zalları tələbələrin istifadəsindədir. 
 

ADİU dünyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə geniş və səmərəli əlaqalərə malikdir. İqtisad Universitetinin xarici əlaqələrinin genişləndirilməsi strategiyasına bir neçə vektorlar daxildir: İstanbul Universiteti ilə birgə “Türk dünyası işlətmə” fakültəsinin açılması, İndiana (ABŞ) Universiteti ilə birgə Cənubi Qafqazda yeganə distant təhsil mərkəzinin yaradılması. Bundan əlavə Azərbaycan Dövlət İqtisad Universitetinin 19 xarici universitetlə əməkdaşlıq müqaviləsi mövcuddur, onların arasında ABŞ-ın Hyuston Universiteti, Rusiyanın M.V.Lomonosov adlna Moskva Dövlət Universiteti, Almaniyanın Zigen Universiteti və s. ADİU-da dünyanın 10 ölkəsindən olan 650-dən çox tələbə və magistrantlar təhsil alır. Universitet tərəfindən 8 xarici və yerli şirkət və banklarla niyyət protokolu və əməkdaşlıq müqavilələri imzalanmışdır (məsələn, European Tabacco-Baku ASC, Bank Standard, AZƏRIGAZBANK SİB, Azərsun Holding və s.). 2005-ci ildən Dünya Bankı ilə İqtisad Universitetinin birgə layihəsi  olan İctimai İnformasiya Mərkəzi fəaliyyət göstərir.
 

ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Assosiasiyası, Avroasiya Universitetləri Assosiyasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tamhüquqlu üzvüdür.
 

ADİU elm və təhsilin müxtəlif istiqamətləri üzrə nailiyyətləri bir sıra beynəlxəlq səviyyəli mükafatlara layiq görülmüşdür, o cümlədən, Avropa biznes-assambleyasının «Avropa keyfiyyəti» beynəlxalq mükafatı; «Reytinq texnoloqiyaları və sosiologiya» Beynəlxalq akademiyasının qızıl mükafatı və medalı; “Milli kadrların hazırlanması və Azərbaycan elminin inkişafına töhvəsinə görə” nominasiyası üzrə “UĞUR” Milli Mükafatı.
 

Ünvan: Bakı ş., Az 1001, İstiqlaliyyət küçəsi,  6.

Telefonlar: +994-12 437-10-86/ 492-60-43

Faks: 492-59-40

WEB-səhifə: www.aseu.az

e-mail: irit@aseu.az; aseu@aseu.az