Cümə, 26.04.2024, 16:26

ADIU.TK

Мини-чат
200
Наш опрос
Harada oxuyursunuz və ya oxumaq istərdiniz?
Bütün Cavablar: 6247
Статистика

Onlaynda Olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Rektorluq

Главная » Файлы » Мои файлы

ADIU Rektor
18.10.2008, 12:15
Şəmsəddin Hacıyev
Hacıyev Şəmsəddin Hümmət oğlu
Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifəsində çalışmışdır. 1981-ci ildə müsabiqədər keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur. 1993-1996-cı illərdə "Marketinq və xarici iqtisadi əlaqələr", 1996-2000-cı illərdə "Marketinq və beynəlxalq iqtisadi münasibətlər", 2001-ci ildən isə "Beynəlxalq iqtisadi münasibətlər" kafedrasına rəhbərlik etmişdir.

1980-cı ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-2001-ci illərdə T.Şevçenko adına Kiev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda "Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.14. - "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.

1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər broşura və kitabça, iki dərslik və dərs vəsaiti, 50-yə qədər elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da 30-dan çoxu yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun bilavasitə elmi rəhbərliyi ilə 7 iqtisad elmləri namizədi hazırlanmış, hazırda 10-dan çox aspirant və dissetantın namizədlik və 3 doktorluq dissertasiya işinin elmi rəhbəridir.

Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmışdır. İnstitutun Həmkarlar Komitəsinin sədri olmuşdur. Universitetin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse - prezidentidir.

3 noyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuşdur.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

6 noyabr 2005-ci il tarixində keçirilmiş parlament seçkilərində YAP-ın vahid namizədi kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, həmin ilin dekabr ayından Milli Məclisin Elm və Təhsil məsələləri Daimi Komissiyasının sədri kimi fəaliyyət göstərir. 

Категория: Мои файлы | Добавил: Admin
Просмотров: 3137 | Загрузок: 0 | Комментарии: 17 | Рейтинг: 3.8/4
Всего комментариев: 171 2 »
04.08.2012
17.cetin [Material]
eeeee siz bu milletin uz qarasisiniz yalandan bos bos aaa a milet sorla adama nese etdire bilerler bu gozel hokumetde get oxu gorum kim sen den pul alacaq 700 bal yiq hokmet sene pul versin yoxsa ne nen enenen bos bos gozel dovletimiz var yasiya bilene savadi olani

04.08.2012
16.cetin [Material]
sizin kimiler pul vermese hecne olmaz siz savadsizlar oxumaqin derdinden yazirsiniz bu sozleri gucun olsa rinqde birinci olarsan yalandan bos boqazlar oxu pul verme sen oxudun senden pul isdediler

02.03.2012
15.b [Material]
YAP-ın üzvü olması çox önemli canım!!!!

28.02.2012
14.assa [Material]
ne bu

23.01.2012
13.narod [Material]
bu millet düzelmez, pul verib qiymet yazdıran milletin hekimi müellimi...olmaz, yeni millet olmaz

02.01.2012
12.adalı [Material]
vay vay bu ne ya

02.01.2012
11.a [Material]
Milli Məclisin Elm və Təhsil məsələləri Daimi Komissiyasının sədri!!!!!!!!!!!!! Millete bax millete, yarısı elil, yarısı zelil, alimleri şemseddin ve qabil. Başıva daş düşmüş yazıq millet, xeberin yox.

02.01.2012
10.a [Material]
ne "güzel" üniversite ya bu, her kez rüşvetten yazıyor. azerbeycan bu kadar mı kötü olmuş???

02.01.2012
9.aza [Material]
Vallah iktisad universiteti menim üçün bir biznesdir, allah universitet rehberlerinin canını sağ elesin. Sinifkom oldum grupdan pulları men yığdığım üçün xeyli pul qazandım, indi mezun olandan sonra neyniyecem derd meni alıb???

30.12.2011
8.alik [Material]
Çox maraqlı bir sual: İktisadiyat universitetinde rüşvet almayan bir müellim var mı? Mence olsa-olsa riyaziyyat kafedrasından Adil m almır.

1-10 11-17
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]